İdman 21:27 22.11.2013

“Xəzər Lənkəran” baş məşqçisi istefa verdi


“Xəzər Lənkəran” klubunun baş məşqçisi Con Toşak istefa verib.


Apasport.az saytının məlumatına görə, “Topaz” Premyer Liqası çərçivəsində keçirilən XIV turda komandası “Bakı” ilə səfər matçında 0:3 hesabı ilə uduzduqdan sonra 64 yaşlı məşqçi vəzifəsindən ayrılmaq qərarına gəlib. Məlumata görə, son 27 gündə alınan 3-cü böyük hesablı məğlubiyyət onun belə addım atmasında böyük rol oynayıb.

Bununla, Toşakın “Xəzər Lənkəran” klubundakı 8 aylıq fəaliyyəti sona çatıb.

Qeyd edək ki, “Xəzər-Lənkəran” oyunçularını 31 matça çıxaran mütəxəssis 9 qələbə, 10 heç-heçə və 12 məğlubiyyətə imza atıb. Onun yetirmələri 24 qol vurub, qapılarından isə 42 top buraxıblar.

Qaynar.info