Ölkə 17:59 30.11.2022

"Xəzər Lənkəran"nın keçmiş vitse-prezidentinə vəzifə verildi

 Xəbər verdiyimiz kimi, "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanova müavinlər təyin edilib. Belə ki, Anar İsrafilov və Araz Nəsirov müavinlər seçilib.

Araz Nəsirov 1998-2003-cü illərdə Türkiyənin Trakya Universitetində Maliyyə menecmenti ixtisası üzrə təhsil alıb.

2014-cü ildə ADA Universitetində İdarəetmənin inkişafı ixtisası üzrə, 2021-ci ildə Amerika Dyuk Universitetində Layihələrin idarəetməsi ixtisası üzrə təhsil alıb.

2008-ci ildə "Xəzər Lənkəran” futbol klubunun vitse-prezidenti vəzifəsində işləyib. 2004-2009-cu illərdə Palmali Şirkətlər Qrupunun aparıcı analitiki vəzifəsində çalışıb. 2014-2018-ci illərdə "Paşa Sığorta” ASC-nin risk meneceri kimi fəaliyyət göstərib. 2018-2022-ci illər ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri olub.