İdman 09:40 23.11.2013

“Xəzər Lənkəran” rəhbərliyindən AÇIQLAMA


Qaynar.info “Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirovun apasport.az saytına müsahibəsini təqdim edir:


- Az öncə Con Toşak istefa verdi. Uelsli mütəxəssisin gedişi necə alındı?


- Bildiyiniz kimi, komandamız Topaz Premyer Liqasının XIV turunda “Bakı”ya 0:3 hesabı ilə uduzdu. Təbii ki, bundan narazı qaldığımız üçün klubdaxili iclas keçirildi. Toşakla görüşdük. Özü getmək istədiyini söyləyib, komandaya uğurlar arzuladı.

- Toşak komandanın düşdüyü vəziyyətə görə hansısa üzrxahlıq elədimi?

- Təbii ki, nəticəyə baş məşqçi cavabdehdir. O, yaradılan şəraitə görə rəhbərliyə minnətdarıq etdi. İşlədiyi bir çox komandalarda belə şərait görmədiyini dedi. Ardından postundan getməyinin vacib olduğunu söylədi. Rəsmi şəkildə ərizəsini yazdı.

- Türkiyəli məşqçi Oğuz Çətin klubunuzun dəvəti ilə Bakıya gəlib, bu gün “Bakı”ya uduzduğunuz görüşü izlədi. Onun Toşakı əvəzləməsi mümkündürmü?

- Xeyr! O, qətiyyən baş məşqçi olmayacaq!

- Yeni baş məşqçi yenə əcnəbi olacaq, yoxsa yerli?

- Toşak indicə istefa verib. Təbii, komanda baş məşqçisiz qalmayacaq. Sabahdan məşqçi axtarışına çıxacağıq. Oğuz Çətinin oyunu izləməsinə gəlincə, əvvəllər Rıdvan Dilməni, Rüştü Rəcbəri də oyunlarımızı izləyib. Bu, o demək deyil ki, onları baş məşqçi olacaq. Onların hamısı bizim dostlarımızdı. Amma yeni çalışdırıcımız əcnəbi olacaq.

- Mirça Rednikin yenidən bu posta qayıtması mümkündür?


- Bu barədə klub prezidenti qərar verəcək.