İdman 12:31 30.05.2013

“Xəzər Lənkəran”da istefa

Klubunun idman direktoru Babək Quliyev istefa ərizəsi yazıb.

“Xəzər Lənkəran” futbol klubunun idman direktoru Babək Quliyev istefa verib. Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlunun Anspress-ə verdiyi məlumata görə, idman direktoru istefa ərizəsi ilə kluba müraciət edib. Lakin hələ ərizə qəbul edilməyib. 

Müraciətdə istefanın səbəbi açıqlanmır. H. Cəbrayıloğlunun sözlərinə görə, buna “Xəzər Lənkəran”-“Neftçi” oyununda qarşırurmanın da təsiri ola bilər. Mətbuat xidmətinin rəhbəri həmçinin onu da bildirdi ki, istefa ərizəsinə baxılacaq.

Xatırladaq ki, dünən “Neftçi” klubunun idman direktoru Güloğlan Cabbarov da istefa vermişdi.

Qaynar.info