Ölkə 09:27 02.02.2018

"Xəzər TV"də bədbəxt hadisə: xanım aparıcı xəsarət aldı

"Xəzər TV"nin studiyasında bədbəxt hadisə baş verib.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, fevralın 1-də "Xəzər Xəbər"in efirə gedən 15:00 buraxılışından sonra 1988-ci il təvəllüdlü aparıcı Qədimova Günel Şöfiq qızı studiyada yıxılıb.

Nəticədə xəsarət alan xanım aparıcı "təcili yardım" xidməti vasitəsilə 3 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Həkimlər onun qapalı kəllə-beyin travması aldığını müəyyən ediblər. Aparıcıya lazımi tibbi yardım göstərildikdən sonra o, evə buraxılıb.