Ölkə 13:51 04.11.2017

Xəzərdə bədbəxt hadisə: dənizə düşən neftçi ölüb

Bu gün səhər saatlarında "28 May" NQÇİ-nin 14 nömrəli dərin dəniz özülündə qazmaçı köməkçisi işləyən 1958-ci il təvəllüdlü Əliyev Rasim İbrahim oğlu 262 saylı quyuda işləyən zaman dənizə düşüb.
 
"Qaynarinfo" xəbər verir ki, SOCAR-dan "APA"ya verilən məlumata görə, operativ tədbirlər nəticəsində o, sudan çıxarılıb, lakin vəfat etdiyi məlum olub.
 
Hadisənin səbəbləri araşdırılır, əlavə məlumat veriləcək.
 
Qaynarinfo.Az