Xəzərdə "süd qasırğası" nələrə səbəb ola bilər? (VİDEO)
NASA Xəzər dənizində "süd qasırğası" adlı anomal prosesin baş verdiyini açıqlayıb. Belə ki, Amerikanın Milli Kosmik Agentliyi dənizin dibindəki çöküntülərin üzə çıxdığını bildirib. Yerli ekologiya ekspertləri bu prosesin fəsadlarından danışıblar.
NASA Xəzərdə anomal proses sayılan "süd qasırğası"nın fotoşəklini dərc edib. Şəkil yanvarın 9-da "terra" kosmik aparati ilə çəkilib. NASA-nın məlumatinda qeyd olunur ki, qasırğa zamanı külək suyu səthdən qarışdırır və dənizin dibindəki çöküntüləri üzə qaldırır.
Ekoloq Telman Zeynalov "Xəzər Xəbər"ə bildirib ki, hadisə əgər tam təsdiqini taparsa bu o deməkdir ki, yaxın bir neçə ildə Azərbaycanda havaların kəskin soyuması baş verə bilər.
NASA açıqlayıb ki, bu anomal proses baliqçılığa mənfi təsir göstərə bilər. Çünki, balıqlar suyun dərin qatlarına enəcəklər. Telman Zeynalov isə bildirir ki, əksinə bu hadisə balıqların çoxalmasına səbəb olacaq.
NASA açıqlayıb ki, peyk təsvirləri dənizlərdə monitorinq üçün əsas üsuldur. Bu yolla Kosmik Agentlik istənilən ölkənin dənizi və su ehtiyyatları barədə proqnoz verə bilir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər