Dünya 15:15 17.08.2018

XİN başçısı Putini toya dəvət etdiyi üçün istefaya çağırıldı

Avstriyanın xarici işlər naziri Karin Knaysslı istefaya çağırılıb.

Qaynarinfo xəbər verir ki, belə bir çağırışla "Yaşıllar - Azad Avropa Alyansı" fraksiyasının deputatı, Avropa Parlamentinin avstriyalı üzvü Mişel Reymon çıxış edib.

Deputat bildirib ki, XİN başçısı Rusiya prezidenti Vladimir Putini toyuna dəvət etdiyinə istefa verməlidir. Onun fikrincə, bu, ölkənin xarici siyasətdə imicinə zərər vura bilər: "Karin Knayssl buna görə məsuliyyət daşıyır və Avstriyaya vurulan zərərin qarşısının alınması üçün dərhal istefaya getməlidir".