Siyasət 17:01 23.04.2019

XİN Oqtay Əsədovu təkzib etdi

"Azərbaycanla Avropa İttifaqı arasında sazişin məhz bu ilin may ayının 13-də imzalanması nəzərdə tutulmayıb".

Qaynarinfo xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib. 

"Çünki ölkəmizlə Avropa İttifaqı arasında tərəfdaşlıq münasibətlərinin hüquqi əsasını təşkil edəcək saziş üzrə danışıqlar hələ ki, davam etdirilir", - XİN rəsmisi əlavə edib. 

Qeyd edək ki, parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin Sədri Oqtay Əsədov çıxışı zamanı bildirib ki, Azərbaycanla Aİ arasında saziş mayın 13-də imzalanacaq və bu, xalqın xeyrinə olacaq.