Siyasət 11:56 18.10.2021

XİN rəhbəri Ermənistandakı revanşist qüvvələrə xəbərdarlıq etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistandakı revanşist qüvvələrə xəbərdarlıq edib.

Qaynarinfo xəbər verir ki, o, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacib olduğunu bildirib. 

"Ermənistandakı revanşist qüvvələrə tövsiyəmiz ondan ibarətdir ki, yanlış yolla getməsinlər. İmzalanmış sənədin yerinə yetirilməsi vacibdir”, - Ceyhun Bayramov oktyabrın 18-də Qətərin Baş nazir müavini, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani ilə birgə keçirdikləri mətbuat konfransında bildirib.