Hüseynbala Səlimov
Ölkə 13:00 20.02.2018

Xizəkçi Aşot və başqa incə mətləblər...

Hüseynbala Səlimov

Bu on illər ərzində ermənilər özlərini elə aparıb ki, bizim onların ən kiçik uğursuzluqlarına sevinməyə, imkan düşəndə onlara lağ edib hətta ələ salmağa mənəvi haqqımız var. 

Qış olimpiya oyunlarında Aşot adlı erməni idmançısı məşq zamanı köhnə xizəklərini sındıranda da bir xeyli gülməli olduq, amma gərək, əndazəni də aşmayaq, çünki haylar deyər ki, heç olmasa, biz olimpiadaya bir Aşot tapıb göndərdik, siz heç bunu da bacarmadınız, bir avstriyalı idmançının əlinə milli bayraq verib göndərdiz yarışa...

Həm də ermənilərə gülmək və ya onları ələ salmaq üçün başqa ciddi əsaslar var. Məsələn, bu günlərdə bəlli olanda ki, artıq Şimal-Cənub nəqliyyat dəhlizinin ilk həlqəsi başa çatmaqdadır, ermənilərin qışqırtısı az qala ərşə qalxdı və başladılar hamını yamanlağa ki, bəs biz niyə bu günə düşdük?.. 
Hətta müxalif erməni Milli Konqresinin sədrinin müavini qayıtdı ki, sanki biz heç Qafqazda yoxuq, elə bil Ermənistan burada yalnız de-yure olaraq mövcuddur...

Nə demək olar bu xüsusda? Doğru deyirlər, vəziyyətləri həqiqətən də çox ağırdır. Şimal – Cənub dəhlizilə bağlı böyük planlar qururdular və fikirləri İranı Ermənistan vasitəsilə Avrasiya İttifaqı ilə birləşdıirmək idi. Amma alınmadı, çünki bunun üçün pul, vəsait lazımdır. 

Burada İranın bu ölkədəki səfirinin ermənilərə məsləhətini yada salmaq lap yerinə düşərdi. Səfir deyib ki, ölkəsi Ermənistanla İran arasında dəmiryolu xəttinin çəkilməsinin prinsipcə, əleyhinə deyil, amma bunun üçün tələb olunan vəsaitin bir hissəsini İrəvan ödəməlidi. Bunu eşidəndə ermənilərin çığırtısı bir az da güclənib.

Bilirsinz, bu axmaqlar neçə illərdiri ki, bir sadə həqiqəti başa düşmək istəmirlər. Hər bir dövlət ilk növbədə yaxın coğrafi əhatəsində özü üçün əlverişli fon yaratmağa çalışır, çünki məhz qonşularla sülh hər ölkənin tərəqqsinin təminatıdır. Amma bunlar nə edir? Az qala hamı ilə düşmən kimi davranırlar. Ona görə də qara günləri hələ irəlidədir. Cənub -Şimal dəhlizi faktiki olaraq regionun sonuncu ən böyük layihəsi idi. Bundan da kənarda qaldılar. Kimdir günahkar? Əlbəttə ki, özləri! 

Bir neçə gün Ermənistanın siyasi və iqtisadi izolyasiyasının davam etdiriləcəyi haqdakı bəyanatdan danışıb gileyləndilər, ağladılar, saçlarını yoldular. Amma həmin bəyanatda çıxış yolu da göstərilirdi: işğal etdiyiniz Azərbaycan torpaqlarını boşaldın... 

Fəqət, yox, bu, onlara sərf etmir, hələ də ümid edirlər ki, həm Qarabağı əldə edəcək, həm də regiondakı tranzit arteriyalarına qoşulacaqlar! Buna nə deyəsən? Heç nə. Yalnız bircə kəlmə: siz öləsiniz...

Hələ başqa problemləri də yaranıbdır. Bu yaxınlarda öz qəzetləri ABŞ səfirliyinə istinadən belə xəbər yaydı ki, Rusiyanın hərbi-sənaye kompleksilə əməkdaşlıq edən ölkələrə sanksiyalar tətbiq ediləcək. İndi bunların halını özünüz təsəvvür edirn – axı Ermənistanın başqa ölkədən silah-sursat almaq üçün vəsaiti yoxdur!

Sözsüz, ABŞ-ın qərarı bizim də bazarımızı bir az məhdudlaşdırır. Di gəl, biz tək Rusiyadan silah almırıq, əksinə ABŞ-ın qərarı bizim bəlkə də rus hərbi texnikasından asılılığımızı azaldacaq.

O ki qaldı haylara, deyə bilərlər ki, biz KTMT-nın üzvüyük və hərbi-texniki siyasətimizi də bu formatda həyata keçiririk. Olsun. Onda ABŞ-ın Rusiyaya yönəlik qəzəbinin, kininin bir hissəsi Ermənistanın üstünə düşəcək, bu isə həm onun özü, həm də xaricdəki diasporu üçün problem deməkdir.
Qərəz, orta statistik Aşot özünün köhnə xizəklərini necə təzələmək haqda düşünür. Onun ağaları isə başqa dərddədir. Bir tərəfdən qarşıdan gələn siyasi sistem və hakimiyyət dəyişikliyi, digər tərəfdən izolyasiya, o biri tərəfdən də ABŞ-ın mümkün sanksiyaları... 

S.Sarkisyan bu qədər yükü çəkmək iqtidarındadırmı? Cəhənnəmə ki! Öz qurduqları tordur, indi içində ha çabalayırlar, çıxa bilmirlər...

O ki qaldı bizə, məmurlarımız imkan versələr, nəfslərini cilovlasalar, işimiz əladan da əla olacaq. Niyə bəs məmurlarımız? O səbəbə görə ki, onların bəzisinin nəfsi bizim üçün başqa təhdidlərdən heç də az təhlükəli deyil. Düzdür, erməni məmurlarından fərqli olaraq onlar bizə xizək pulu verirlər, amma yüz xizəyin də pulunu ciblərinə ötürürlər. Allah onlara da insaf versin, tamam talamasınlar ölkəni. İnsaflı olsalar, işlərimiz İsveçrə saatları kimi saz olar...