Foto 10:02 02.04.2020

Xızı polisi yaşlı sakinlərin qonağı oldu (FOTO)

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları ölkə ərazisində həyata keçirilən "Evdə qal” aksiyasına qoşularaq rayon ərazisində yaşayan və maddi cəhətdən imkanı zəif olan yaşlı insanlara dəstək olublar. 

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Qaynarinfo-ya verilən məlumata görə, RPŞ-nin əməkdaşları qonağı olduqları evlərdə yaşlı rayon sakinləri ilə səmimi  söhbətlər apararaq, onları maraqladıran sualları cavablandırıblar. Hər bir ailəyə ərzaq yardımı edən polislər, onlara vətəndaşlarımızın sağlamlıqlarının təmin olunması istiqamətində ölkə rəhbərliyi tərəfindən atılan qətiyyətli tədbirlər barəsində məlumat veriblər. 

Yaşlı rayon sakinləri xüsusi karantin rejiminin tətbiq olunduğu bu günlərdə  onları unutmayan və qayğılarına qalan Azərbaycan polisinə minnətdar olduqlarını bildiriblər.