Foto 18:32 01.10.2019

Xocalı soyqırımı ilə bağlı yeni şəkillər yayıldı

Türkiyəli jurnalist İrfan Sapmaz Xocalı soyqırımı zamanı lentə aldığı daha bir neçə nadir fotoşəkli sosial şəbəkədə paylaşıb.

Qaynarinfo xəbər verir ki, jurnalist paylaşdığı şəkillərə aşağıdakı şərhi yazıb:

"1992-ci il Xocalı qətliamı sırasında Azərbaycanda o dönəmin "Sony” kamerası ilə görüntü çəkirdim. Olayı "Hürriyet” qəzeti və çalıştığım TRT vasitəsilə dünyaya ilk dəfə çatdırmışdım. Bəlkə də bu fotolarda olan qardaşlarımızdan bəziləri şəhid olmuşdur”.

Qeyd edək ki, İrfan Sapmaz Xocalı soyqırımı hadisəsini dünyada işıqlandıran ilk jurnalistlərdəndir. O, 90-cı illərin əvvəllərindən 2000-ci ilə kimi Azərbaycanda nəşr olunmuş "Avrasiya” qəzetinin sahibi və baş redaktoru olub. Hazırda "CNN Türk"də çalışır.