Video 12:56 29.02.2020

Xorvatiya səmasında meteorit partladı, kameraya düşdü (VİDEO)

Facebook sosial şəbəkəsində meteorit partlamasını əks etdirən video yayılıb. 

Qaynarinfo xəbər verir ki, video bir avtomobilin ön şüşəsinə quraşdırılmış kamera ilə çəkilib. Zaqreb şəhərindən olan Xorvatiya sakini təsadüfən göydə parlayaraq parçalanan bir meteoritin kameraya düşdüyünü bildirib.

Xorvat Astronomiya Birliyi öz növbəsində, meteoritin 30 km-dən çox yüksəklikdə partladığını, partlayışın səsinin ölkənin şimal hissəsində bir neçə saniyə ərzində eşidildiyini bildirib.