Maqazin 14:22 17.11.2014

Xoşqədəm Doğuşu da "Səni axtarıram"a qatdı - VİDEO

Ötən gün ATV-də yayımlanan “Səni axtarıram” verilişinin çəkilişində maraqlı anlar yaşanıb. 

Qaynar.info Axşam.az-a istinadən xəbər verir ki, studiyaya gələn türkiyəli ifaçı Doğuş həyat yoldaşı, aparıcı Xoşqədəm Hidayətqızına sürpriz edib. Xanımına çiçək dəstəsi gətirən Doğuş bunları deyib:

“Hər şeyi yaxından izləmək istədim. Hər zaman darda olan insanın yanındayam. Çünki mən də oradan gəldim. Bunu heç vaxt danmıram. Bu proqrama əlindən gələn qədər kömək olan hər kəsin yanındayam. Həyat yoldaşıma həmişə dəstək olacam. Bura Xoşqədəm Hidayətqızını yoxlamağa gəldim. Niyə insanları ağladırsan? Sonra da evə gəlib əsəbləşirsən”.

Doğuş “Azərbaycanın möhtəşəm səsi, Alim Qasımovla yan-yana gəlmək istəyirəm”, - deyə əlavə edib. Anasından danışan müğənni “Mən anamdan uzun müddət ayrı qaldım. İndi yanımdadır. “Ana” hər şey deməkdir. Onun telini dünyaya dəyişmərəm” söyləyib.

X.Hidayətqızı “Verilişdən sonra Habil Əliyevi ziyarət edəcəyik, xəstələnib. Daha sonra Qədir Rüstəmovun məzarına gedəcəyik”, - deyə bildirib.

Qaynar.info