Ölkə 10:29 08.05.2021

YADDAŞ: Yaxın və uzaq tarixi faciələrimiz... – 8 May

Qaynarinfo Cəmil Məmmədlinin təqdimatında günün tarixi xronikasını təqdim edir:

 

8 may 1916-cı il...

 

Erməni silahlı dəstələri tərəfindən Bitlisdə ümumilikdə 10 000 nəfər türk qətlə yetirilir.

 

8 may 1916-cı il...

 

Erməni Andranikin silahlı quldur dəstəsi Tərcan qəzasının müsəlman kəndlərində 563 nəfəri amansızlıqla qətlə yetirirlər.

 

8 may 1988-ci il...

 

Kərkicahan qəsəbəsinin sakinləri (180 imza) Azərbaycan KP MK-nin birinci katibi Ə.X.Vəzirova mövcud vəziyyətlə əlaqədar müraciət ünvanlasalar da, bu müraciət demək olar ki, baxımsız qalır.

 

8 may 1991-ci il...

 

Ermənilər Laçın rayonu ərazilərini, kəndlləri atəşə tutmaq məqsədilə Gorus rayonu ərazilərində müxtəlif silah anbarları təşkil edirlər.

 

8 may 1992-ci il...

 

Qarabağın tacı olan Şuşa şəhəri erməni-rus hərbi birləşmələri tərəfindən işğal edilir. Şuşa uğrunda döyüşlərdə 190 nəfər həlak olur, 170 nəfər yaralanır, 58 nəfər itkin və ya girov düşür. Şuşalılar çox çətinliklə, xeyli itki verərək şəhəri tərk etmək məcburiyyətində qalırlar. Ümumilikdə 20 000 nəfər əhali Şuşa rayonundan didərgin düşür. Başdan-başa muzey şəhəri olan Şuşa düşmən əlinə keçir. Onlarla qiymətli tarixi-memarlıq abidələri (XVIII əsrə aid Şuşa qalasının divarları, Gəncə qapısı, Pənah xanın sarayı, İbrahim xanın bürcü, İbrahim xanın qəsri, Xan sarayı, Karvansaray, M.P.Vaqif mədrəsəsi, Vaqifin türbəsi, Yuxarı Məscid mədrəsəsi, Hacıqulların malikanəsi, İkimərtəbəli karvansaray, Mehmandarovların malikanə kompleksi, Gövhər Ağa məscidi, Xoca Mərcanlı məscidi, Hacı Abbas məscidi, Mərdinli məscidi, Saatlı məscidi, Köçərli məscidi, X.B. Natəvanın evi, Natəvanın bulağı, Ə.B.Haqverdiyevin evi, Q.B.Zakirin evi, M.M.Nəvvabın evi, S.S.Axundovun evi, N.B.Vəzirovun evi, Y.V.Çəmənzəminlinin evi, Xan Şuşinskinin evi, Tarzən Sadıqcanın evi, Mamay bəyi...