Siyasət 17:00 27.06.2013

Yadigar Sadıqov həbs edildi - YENİLƏNİB

Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqov haqqında həbs-qətimkan tədbiri seçilib. Bu barədə Qaynar.info-ya Lənkərandan məlumat verilib. 

***

13:20

Müsavat başqanının Lənkərandakı müşaviri Yadigar Sadıqov bu saatlarda evindən Rayon Polis Şöbəsinə aparılıb.

Bu barədə Y.Sadıqov özü məlumat verib.

Y.Sadıqov deyib ki, II qrup Qarabağ əlilinin vasitəsi ilə onu şərləyib həbs etmək istəyirlər."Bu yerli hakimiyyətin təşəbbüsüdür. Yuxarının göstərişi olsaydı, artıq həbs olunardım. Yerli hakimiyyətin çoxdan ürəyindən keçir məni şərləmək. Ola bilsin, Bakıdan razılıq ala bilməyiblər. Və bu hadisəni törətməklə Bakını fakt qarşısında qoymaq istəyirlər. Həmin Qarabağ əlilini isə bu məsələyə qədər heç vaxt tanımamışam. Açıq-aşkar şər-böhtandır". /musavat.com/

Qaynar.info