Siyasət 15:38 04.08.2014

Yadigar Sadıqovun yeri bilindi

"Nəhayət, 51 saatdan sonra Penitensiar Xidmət siyasi dustaq Yadigar Sadıqovun 14 saylı cəzaçəkmə müəssisəsinə göndərildiyini təsdiq edib" 

Bu barədə Qaynar.info-ya Yadigar Sadıqovu hüquqlarını müdafiə komitəsindən xəbər verilib.

Bildirilir ki, bununla belə komitə Yadigar Sadıqov haqda məlumatın uzun müddət israrla gizlədilməsindən şübhələnir və vəkillərinin tezliklə onunla görüşməsini istəyir.

Komitədən bildirilir ki, Yadigar Sadıqovun daimi yaşayış yerinə yaxın cəzaçəkmə müəssisəsinə köçürülməsi qanunun tələbidir və onun 14 saylı cəzaçəkmə müəsisəsinə köçürülməsi qanun pozuntusudur.

"Bu qanunsuzluğun aradan qaldırılması üçün hüquqi müstəvidə israrlarımız davam edəcək", - müdafiə komitəsindən bildirilir.

Qaynar.info