Ölkə 14:25 04.08.2015

Yağışlar başlayır, hava sərinləyir

Sabah ölkə ərazisində əsasən yağmursuz, günəşli hava müşahidə olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynar.info-ya verilən məlumata görə avqustun 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. 

Gündüz cənub-şərq küləyi əsəcək. Axşam mülayim şimal-qərb küləyinə keçəcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 24-27, gündüz 33-37 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da avqustun 5-də hava şəraitinin yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimal olunur. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Avqustun 5-də havanın temperaturu aran rayonlarında gecə 21-26, gündüz 34-39, bəzi yerlərdə 42, dağlarda gecə 16-21, gündüz 29-34 dərəcə isti olacaq.

Qaynar.info