Xəbər lenti

Yağışlı havada baş verən dəhşətli qəzalar (VİDEO)
Ölkə 11:59 09.12.2019

Yağışlı havada baş verən dəhşətli qəzalar (VİDEO)

Yağışlı havada yol qızaları tez-tez baş verir. Xüsusilə də magistral yollarda. Əsas səbəb isə yağışlı havada yerin sürüşkən olması və sürücülərin yüksək sürət və ara məsafəsini düzgün saxlamamasıdır.
 
Qaynarinfo xəbər verir ki, Avtosfer.az-ın təqdim etdiyi iki videoda baş verən qəzalar da yağışlı havanın vaxtına düşür. Birinci video gündüz vaxtı çəkilib. İlk baxışdan hər şey normaldır. Amma hərəkətdə olan "Mercedes 190” markalı avtomobilin sürücüsü qəfil idarəetməni itirir. Yeriş sürüşkən olması avtomobilin ən sol zolaqdan sağa doğru getməsinə səbəb olur. Nəticədə öz yolu ilə gedən "Chevrolet” markalı maşına dəyir. Qəza zamanı xəsarət olmasa da avtomobillərə ciddi ziyan dəyir.

İkinci qəza isə günün qaranlıq vaxtında baş verib. Belə ki, hərəkətdə olan avtomobillərdən biri ara məsafəsini düzgün seçmir. Nəticədə sürüşərək öndəki maşına dəyir. Qəzadan sonra üçüncü avtomobil də onların biri ilə toqquşur. Zəncirvari qəzadan son anda arxadan yüksək sürətlə gələn avtomobil xilas ola bilir. Videonu təqdim edirik:

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->