Ölkə 21:50 01.08.2018

Yanan mənzildən iki azyaşlı xilas edildi

Gəncənin Kəpəz rayonunda ümumi sahəsi 82 kv/m olan 4 otaqlı mənzilin bir otağında 3 kv/m sahədə döşəmə və 1 ədəd kompüter yanıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, yanğın zamanı 2 nəfər azyaşlı yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.