Dünya 12:22 27.06.2019

Yanardağ püskürdü, 5 mindən çox insan evakuasiya edildi

Papua Yeni Qvineyanın Qərbi Yeni Britaniya əyalətində yerləşən Ulavun yanardağı püskürməyə başlayıb.

Qaynarinfo xəbər verir ki, təbiət hadisəsi ilə əlaqədar ətrafda yaşayan 5 mindən çox sakin evakuasiya edilib. Ərazidəki Hoskins Hava Limanındakı bütün səfərlər təhlükəsizlik səbəbilə təxirə salınıb. 

Vulkan püskürməsinin tələfat və dağıntıya səbəb olub-olmaması barədə məlumat yoxdur. 

Gülşən