Siyasət 18:50 10.10.2013

YAP-dan İlyas İsmayılova cavab

Seçkilərdə qalib gələn Yeni Azərbaycan Partiyası (YAP) Ədalət Partiyasının sədri, prezidentliyə namizəd İlyas İsmayılovun seçki bəyanatına münasibət açıqlayıb.

Hakim partiyanın Siyasi Şurasının üzvü Aydın Mirzəzadə deputat həmkarını  sərgilədiyi mövqeyə görə tənqid edib. 

YAP rəsmisinin fikrincə, İlyas İsmayılov prezidentliyə namizəd olsa da seçicilərə hörmət etmədi.

“Prezidentliyə namizəd İlyas İsmayılov təbliğatda iştirak etmədi. Nə insanlarla görüşə getdi, nə debatlarda iştirak etdi, seçki günü seçki məntəqəsinə getmədi. Bununla da seçiçiyə sayğısızlıq göstərdi. Seçiçi ilə görüşmədən seçkiyə qiymət verməyin özü absurddur. Hansı siyasi maraqlardan irəli gəlir, Nəyin qisasını alır məlum deyil. Prezidentliyə namizəd kimi qeydə alınsa da, seçkiqabağı təbliğatda iştirak etməyən və seçkidə iştirak etməyən bir şəxsin seçkiyə mənfi qiymət verməsi özü təəccüb doğurur”, - deyə deputat bildirib.  

Qeyd edək ki, İlyas İsmayılov bəyanatında seçkilərimn saxtalaşdırıldığını bildirib.

Qaynar.info