Yaponiya sel altında qaldı: 22 nəfər itkin düşdü (FOTOLAR)

Yaponiya sel altında qaldı: 22 nəfər itkin düşdü (FOTOLAR)

Yaponiyada davam edən aramsız yağışlar dağıntı və ölümlərə səbəb olub.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Kyuşu adasında baş verən sel, torpaq sürüşməsi nəticəsində 22 nəfər itkin düşüb, çoxlu sayda ev dağılıb. 

Minlərlə xilasetmə qrupu insanları evakuasiya etməyə, dağıntılar altından çıxarmağa çalışır. 

Ölkədə həftə ərzində davam edən yağışların gətirdiyi fəlakət nəticəsində ölkə şahzadəsi nişan mərasimini təxirə salıb. 

Fukuoku, Kumamoto, Oita bölgələrində yağıntıların hələ də davam etdiyi, minlərlə evdə elektrik və su probleminin olduğu deyilir.

Gülşən

Qaynarinfo.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR