Dünya 16:12 16.02.2019

Yaponiya Trampı Nobel Sülh Mükafatına namizəd göstərdi

Yaponiyanın baş naziri Şinzo Abe ABŞ prezidenti Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərib.

Qaynarinfo xəbər verir ki, Tramp bu barədə Ağ Evdə təşkil edilən mətbuat konfransında məlumat verib. O, Abenin Nobel Komitəsinə tövsiyyə məktubu göndərdiyini deyib, həmçinin sabiq ABŞ prezidenti Barak Obamanın bu mükafatı qazanmasına münasibət bildirib:
"Sabiq prezident Barak Obamaya 2009-cu ildə, vəzifədəki ilk ilində bu mükafat təqdim edildi. Mən yəqin ki, heç vaxt qazana bilməyəcəm. Obamaya verdilər, bunun səbəbini heç özü də başa düşmədi və buna layiq heç nə etmədiyini dedi. Mükafatı qazananda prezident postundakı 15-ci saniyəsi idi".

Qeyd edək ki, Yaponiya məsələ ilə bağlı açıqlama verməyib.

Gülşən