Dünya 12:40 23.01.2022

Yaponiyada 6,6 bal gücündə zəlzələ: xəsarət alanlar var

Yaponiyada 6,6 bal gücündə zəlzələ qeydə alınıb.
 
Qaynarinfo xəbər verir ki, hadisə ölkənin cənub-qərbində baş verib.
 
Zəlzələ zamanı 9 nəfər xəsarət alıb.

Yeraltı təkanların Oita, Miyazaki, Koçi və Kumamoto prefekturalarında hiss olunduğu deyilir.

Hadisə səbəbindən bir sıra şəhərlərdə elektrik enerjisi və içməli suyun verilməsində fasilələr yaranıb.
 
Xəyal