Video 11:09 08.07.2020

Yaponiyada daşqınlardan sonra cəsədlər axtarılır: artıq 58 qurban var (VİDEO)

Leysan yağışları Yaponiyanın cənub-qərbində sel və torpaq sürüşməsinə səbəb olub. 

Qaynarinfo xəbər verir ki, fəlakət nəticəsində 58 nəfər ölüb, 17 nəfər itkin düşüb.

145,6 min adam təxliyə eediləcək. Bəzi prefekturalarda daha 131 min insanın evakuasiyası tövsiyə olunub.

Hava şəraiti ilə əlaqədar xilasedicilər itkin düşənləri aktiv şəkildə axtara bilmirlər.

Əlavə edək ki, yağış Yaponiyanın ərazicə üçüncü böyük ərazisi Kyuşu adasında dağıntılar törədib, Oita Prefekturasının iki çay məcrasından çıxıb. 

Sinoptiklər Yaponiyanın mərkəzi və qərbindəki sel və torpaq sürüşmələri barədə də xəbərdarlıq ediblər. Eyni zamanda, Gifu və Nagano prefekturalarının bir neçə on illərdir yağıntı olmayan ərazilərində yağıntılar qeydə alınıb.

Alpər