Dünya 13:13 23.07.2018

Yaponiyada temperatur rekord həddə çatıb: ölənlər var

Yaponiyada bu günə qədərki ən yüksək temperatur qeydə alınıb.

Qaynarinfo xəbər verir ki, Tokionun şimalındakı Kuqayamada temperatur 41,1 dərəcəyə çatıb. Naqoya şəhərində 39 dərəcə, Tokioda isə 37 dərəcə istlik müşahidə edilir.

Həftə sonu Yaponiyada istilər səbəbilə 11 nəfər ölüb. Minlərlə insan xəstəxanalara müraciət edib. 

Gülşən