Maqazin 09:55 19.12.2021

Yaponiyalı aktrisa Sayaka Kanda oteldə yıxılaraq öldü (FOTO)

 
Yaponiyalı aktrisa və müğənni Sayaka Kanda Yaponiyanın şimalındakı Sapporo şəhərindəki qaldığı oteldə ölü tapılıb.

Qaynarinfo xəbər verir ki, aktrisann ölümünə səbəb onun yıxılması olub.

35 yaşlı Kandanın cəsədi şənbə günü gecə saatlarında qaldığı oteldə aşkar olunub. Polis hadisəni ehtimal olunan intihar kimi araşdırır, lakin yıxılaraq ölməsini istisna etmir.

O, 70 yaşlı aktyor Masaki Kanda və 59 yaşlı müğənni Seiko Matsudanın qızıdır.

Prodüserinin dediyinə görə, Kanda şənbə günü günortadan sonra Sapporo teatrında "My Fair Lady" adlı musiqili tamaşada iştirak etməli imiş.

Qeyd edək ki, Kanda Disney cizgi filmində baş qəhrəman Annanı yapon dilinə dublyaj etdikdən sonra populyarlıq qazanıb.

2017-ci ildə ailə qurub, lakin iki il sonra boşanıb.

Xəyal Abdullayev