Texnologiya 23:50 16.12.2017

Yaponlar ayda su axtaracaq

Yaponiyanın "Ispace” şirkəti Ayda su axtarışı məqsədilə Yerin bu peykinə enəcək iki aparatın hazırlanmasına başlayacaq.

Qaynarinfo Azərtac-a istinadən xəbər verir ki, "Ispace” şirkəti həmin layihənin maliyyələşdirilməsi üçün 12 investisiya şirkəti tərəfindən 89 milyon dollar vəsait ayrılacağı barədə məlumat yayıb.

Ayda su ehtiyatlarının axtarışı üzrə missiyanın 2019-2020-ci illərdə həyata keçirilməsi planlaşdırılır. Astronavtların burada sudan istifadə edəcəkləri və eyni zamanda, kosmik aparatın idarəsi üçün hidrogen və oksigendən faydalanacaqları gözlənilir.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp dekabrın 11-də NASA-nın əməkdaşlarına Marsa pilotlu uçuşların həyata keçirilməsinə hazırlıq məqsədilə Ayda stansiyanın inşası barədə göstəriş verib.