Sağlamlıq 13:07 17.10.2017

Yaraları 60 saniyəyə birləşdirən maddə

60 saniyə içində yaraları birləşdirən bu maddə, Amerikalı və Avstraliyalı tədqiqatçılar tərəfindən hazırlanıb. Yaxın gələcəkdə istifadəyə veriləcək bu maddə ilə artıq tikişlərə ehtiyac qalmayacaq.

"Qaynarinfo" xarici KİV-ə istinadən bildirir ki, Me Tro adlı bu maddə sayəsində yaranızdan qısa zamanda xials ola biləcəksiniz.

Təcrübələr zamanı damar və ciyərlərdə istifadə olunan Me Tro uğurlu nəticələr versə də, hələ ki, insan bədəninə tətbiq edilməyib. Hazırda siçanlar üzərində aparılan təcrübələr uğurlu nəticə verir. 

Qaynarinfo.Az