YAŞAT daha 10 qazini Türkiyəyə müalicəyə göndərdi (FOTOLAR)

YAŞAT daha 10 qazini Türkiyəyə müalicəyə göndərdi (FOTOLAR)

Ağır yaralanan qazilərimiz Ağaşov Qulu Rövşən oğlu, Tağıyev Nurlan Əliağa oğlu,  Həşimov Qismət Razim oğlu, Həsənov Bəxdiyar Dilqəm oğlu,  Namazov Həbib Aydın oğlu, Kərimov Röyal Şəhadət oğlu, Xanəliyev Elşən Çingiz oğlu, Əliyev Əli Tofiq oğlu, Əhmədov Xəyyam Hidayət oğlu, Məmmədov Şəmsi Lətif oğlu YAŞAT Fondu tərəfindən Türkiyəyə göndərilib.

Fonddan Qaynarinfo-ya verilən məlumata görə, ölkəmizdəki həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

YAŞAT Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Fond tərəfindən bu günə qədər 23 qazi müalicə üçün Türkiyəyə göndərilib.

Xatırladaq ki, YAŞAT Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau 

Həmçinin Fondun 8110 "Çağrı” Mərkəzi fəaliyyət göstərir.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR