Ölkə 10:15 23.10.2021

YAŞAT Fondu şəhid ailələri və qazilərə neçə milyon manat xərcləyib?

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna ("YAŞAT” Fondu) toplanan vəsaitin məbləği məlum olub.

Qaynarinfo xəbər verir ki, indiyədək fonda 63 583 188,17 manat yığılıb.

Həmin vəsaitdən 17 400 779,09 manatı fiziki şəxslər, 46 182 409,08 manatı isə hüquqi şəxslər tərəfindən ödənilib.

Fonda daxil olan vəsaitin 44 508 561,48 manatı xərclənib. Vəsaitin qalığı isə 19 074 626,69 manatdır.