Sağlamlıq 22:20 11.05.2020

Yaşlandıqca vaxt niyə sürətlə uçur və ya zamanı necə ləngitmək olar?

İnsan yaşlandıqca niyə ona elə gəlir ki, zaman daha sürətlə keçir?

Qaynarinfo xəbər verir ki, bu sualın cavabını "Scientific American”a Kaliforniya Universitetinin alimləri Britni Sandoval və Ceyms Brodvey verib.

Alimlər müəyyən edib ki, insan vaxtı iki şəkildə qavrayır. Birincisi perspektivdir, gələcəkdə baş verəcək hadisədən əvvəl vaxtı qiymətləndirdiyimiz zaman və geriyə nəzərən. Zaman hissinə bu anda nə etməyimiz və keçirdiyimiz hislər də təsir edir. Hər hansı bir yeni fəaliyyət hərəkət vaxtı zamanın qavranılmasını sürətləndirir, ancaq geriyə nəzərən ona sərf olunan vaxt daha uzun görünür.

Səbəbi odur ki, beynimiz təkrarlanan yox, yalnız yeni hadisələri "qeydə alır”. Keçmişlə bağlı düşüncəmiz yeni xatirələrin sayına əsaslanır. Tətildə nə qədər yeni iş görməyə macal tapsanız, onlar sonradan sizə bir o qədər uzun görünəcək.

Eyni fenomen zamanın uşaqlıqda niyə eyni ölçüdə uzandığını da izah edir. Uşaqlıqda və erkən yeniyetməlikdə dünyamız və özümüz haqda daha çox kəşflər edirik, buna görə də, geriyə nəzərən beyinə elə gəlir ki, vaxt çox ləng gedir. Beləcə, yeni təcrübə qazanmaq, yeni insanlarla tanış olmaq və yeni bacarıqlar əldə etməklə zamanın axışını yavaşlatmaq olar.
 
Alpər