Maqazin 13:10 12.11.2020

“Yaxın günlərdə Şuşaya gedəcəm“ - Türkiyəli müğənni

Türkiyəli müğənni Sinan Akçıl Şuşaya gələcək.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda sənətçi özü açıqlama verib. İstanbulda obyektivlərə tuş gələn müğənni jurnalistlərin suallarını cavablandırıb.

"Yaxın günlərdə Şuşaya gedəcəm və orada "Sən daima yaşa Azərbaycan" adlı mahnımızı oxuyacam", - deyə Sinan Akçıl bildirib.