Ölkə 10:36 06.06.2019

Yay fəslinin Azərbaycana gəlmə vaxtı açıqlandı

Bu il yay fəslinin Azərbaycana gəlmə vaxtı açıqlanıb.

Qaynarinfo AMEA Şamaxı Astrofizika Rəsədxanasına istinadən xəbər verir ki, yaz fəsli iyunun 21-i Bakı vaxtı ilə saat 19:54-də yay fəsli ilə əvəzlənəcək.

Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirəcək və ya Günəş həmin an üfüqdən maksimum hündürlükdə olacaq. Həmin an qısa gecə və uzun gündüz qeydə alınacaq.