Xəbər lenti

Yaz çağırışının vaxtı uzadılamılıdır? (ŞƏRH)
Ölkə 10:45 30.03.2020

Yaz çağırışının vaxtı uzadılamılıdır? (ŞƏRH)

"Hesab edirəm ki, dövlətin hərbi xidmətə çağırışı iyun ayına kimi  uzatmağı daha məqsədəuyğun olardı".

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ramin Məmmədli Milli Məclisdə hərbi xidmətə çağırış vaxtının uzadılması ilə bağlı məsələnin müzakirəyə çıxarılmasını şərh edərkən deyib. Onun sözlərinə görə, hərbi xidmətə çağırışın vaxtının uzadılmasının səbəbi çağırışçıların müayinə olunmasıdır:

"Azərbaycan silahlı qüvvələrinə hərbi çağırışın vaxtının uzadılması ilə bağlı verilən qərarlar  koronavirus pandemiyasının artması riski ilə bağlıdır. Hazırda mülkidə olan çağrışçılar onların hərbi hissələrə gəlməsi və yoluxma əmsalının artmasına səbəb ola bilər. Çünki mülki şəraitdə nəzarətdən kənarda olan bu çağrışcılar hərbi hissədə artıq riskli heyət olaraq qəbul olunur. Bu baxımdan çağrışçıların yaxın iki ay ərzində mərhələli şəkildə yoxlanılaraq hərbi xidmətə qəbul olunması forması keçiriləcək. Düşünürəm ki, dövlətin bu məsələ ilə bağlı verdiyi qərarın əsasında məhz bu məqam dayanır. Çağırışçıların hərbi hissələrə göndərilməsi təhlükəli vəziyyət yarada bilər. Çünki həmin çaırışçılar mülki şəxslərdir. Onların bu virusa yoluxma imkanlarının nəzarət mexanimzi hələ ki yoxdur. Ola bilər ki, çağırışçılar virusa yoluxub. Bu üzdən onlar yoxlanılmalıdır".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->