Xəbər lenti

Yazda böyük bahalaşma dalğaları gözlənilir... – Ekspert
Ekonomiks 14:35 10.02.2021

Yazda böyük bahalaşma dalğaları gözlənilir... – Ekspert

Qiymət artımlarına təkan verən amillərdən biri dizel yanacağının qiymətinin artmasıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Dövlət Statistika Komitəsinin qiymət artımı ilə bağlı məlumatını şərh edərkən deyib. Natiq Cəfərli bildirib ki, bu artım dünya bazarlarında da özünü biruzə verir:
 
 

"Son zamanlar dünyada belə bir trend yaranıb. Əsasən ərzaq məhsullarının qiymətində ciddi artım var. Biz bunu dünya bazarlarında da görürük. Bu, həm pandemiya, həm də istehlakın artması ilə əlaqədardır. Ölkələr daxili bazara önəm verərək ixracatı azaldıblar. Hətta bizim qonşu ölkələrdə belə bu cür qərarların alındığının şahidi oluruq. Məsələn, Rusiya fevral ayının 1-dən taxıl məhsullarının, o cümlədən buğdanın ixracatına rüsumları artırıb. Obyektiv səbəblərə görə qiymət artımının baş verdiyini görürük”.

Natiq Cəfərli bildirib ki, Azərbaycan reallığına baxdıqda gələcəkdə bu qiymət artımının daha böyük dalğalarla gəlməsinin şahidi olacağıq:

"Əkin, biçin və məhsulun toplanması zamanı xərclər artdıqca yaz aylarında yerli məhsulların bazara daha baha qiymətə çıxarlmasının şahidi olacağıq. Aprel-may aylarına qədər bu qiymət artımı tendensiyasının daha da yüksək olacağı gözlənilir”.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->