Sənət 12:38 19.09.2014

Yazıçılar Birliyi ilə bağlı ŞOK İDDİA

Bu gün Azərbaycan Yazıçılar Birliyinin sədr müşaviri, Mənzil Komitəsinin sədri Rauf Aslanovla qurumun digər üzvü Ramiq Muxtarlı arasında növbəti məhkəmə prosesi keçiriləcək. 

Qaynar.info-nun məlumatına görə, bu barədə Aznews.az-a Rauf Aslanov bildirib. 

İddiaçı hesab edir ki, məhkəməyə verdiyi şəxs ona böhtan atıb: “Əgər qarşı tərəf irəli sürdüyü ittihamlarını isbatlaya bilməsə o, böyük təzminat ödəməli olacaq. Çünki o, mənə şər atıb.Ondan əl çəkən deyiləm. Bu məsələdə geri çəkilməyəcəm, sona kimi gedəcəm”.  

Qeyd edək ki, R.Muxtarlı Rauf Aslanovu şərəf və ləyaqətini alçaldan ifadələr işlədib.

Ramiq Muxtarlı iddia edir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvlərinə verilən 9 mənzilin satışından Rauf Aslanov bir milyon manat pul mənimsəyib.

Qaynar.info