Yazıçının ailəsi "Hədəf Nəşrləri" ilə müqavilə bağladı

Yazıçının ailəsi "Hədəf Nəşrləri" ilə müqavilə bağladı

Qocaman yazıçı Əlisa Nicat da bir sıra əsərlərinin çap və yayım hüquqlarını "Hədəf Nəşrləri"nə verib

XX əsr Azərbaycan ədəbiyyatının tanınmış yazıçısı Salam Qədirzadənin bütün əsərləri yenidən və ayrı-ayrı kitablar şəklində oxuculara təqdim olunacaq.

"Hədəf Nəşrləri"nin mətbuat xidmətindən Qaynar.info-ya verilən məlumata görə yazıçının oğlu Ruslan Qədirzadə ilə "Hədəf Nəşrləri"nin direktoru Müşfiq XAN arasında müqavilə imzalanıb. 

Öz populyarlığını və aktuallığını hələ də itirməyən bu əsərlərin yenidən çap olunması və yayım hüququ  Salam Qədirzadənin ailəsi tərəfindən "Hədəf Nəşrləri"nə verilib.

Əsərlərin çapa hazırlanmasına artıq start verilib. Yaxın günlərdə “Qış gecəsi” və “46 Bənövşə” əsərlərinin nəşri gerçəkləşəcək.

Həmçinin qocaman yazıçı və filosof Əlisa Nicat da bu günlərdə "Hədəf Nəşrləri" ilə müqavilə bağlayaraq, özünün bir sıra köhnə və yeni əsərlərinin çap-yayım hüquqlarını nəşriyyata verib.

Qaynar.info

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR