Siyasət 10:57 28.09.2020

“Yenə axmaq Paşinyan deyir ki, həmrəy olmalıyıq” - Ermənilər

"Yenə o axmaq deyir ki, həmrəy olmalıyıq”.

"MediaPost" erməni mətbuatına istinadla xəbər verir ki, bunu erməni sosial şəbəkə istifadəçiləri yazıb.

Onlar Paşinyan hakimiyyətini və yarıtmaz siyasətini qəbul etmədiklərini bildiriblər:

"Hər kəsə qarşı cinayət işi açdı, milləti böldü, cahil kütlənin ruhunu zəhərlədi... Ona görə bu gün Ermənistan və Dağlıq Qarabağ qorxulu vəziyyətdədir. Yenə o axmaq deyir ki, "həmrəy olmalıyıq”. Yalandır, bu, başqa bir oyundur, inanmıram! Mən buna sonsuzadək inanmadığımı elan edirəm. Bu, erməni xalqına qarşı manipulyasiyadır”.