Dünya 12:23 25.09.2018

Yeni ana olan baş nazir BMT iclasına qızı ilə birlikdə gəldi

Yeni Zellandiyanın baş naziri Casinda Ardern ABŞ-ın Nyu York şəhərində keçirilən BMT zirvəsinə 3 aylıq qızı Neve Te Aroha ilə birlikdə gəlib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir və qızı ilə birlikdə "Nelson Mandela Sülh görüşü"ndə həyat yoldaşı Klark Qeyford da iştirak edib. Qeyford Neveyə BMT tərəfindən verilən sənədin şəklini paylaşıb.

Qeyd edək ki, Casinda Ardern 2017-ci il 26 oktyabrdan bəri Yeni Zellandiyanı idarə edir. O, vəzifəsi dövründə ana olan 2-ci baş nazirdir.

Gülşən