Siyasət 14:26 27.05.2020

Yeni Azərbaycan Partiyası zəbt olunub? – YAP-dan reaksiya

"Professor Əli Əlirzayev və Musa Musayevin fikirləri ilə razılaşmıram”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdir Aydın Mirzəzadə YAP Siyasi Şuranın üzvü Musa Musayev və professor Əli Əlirzayevin "partiya zəbt olunub” və "kənardan idarə olunur" ittihamının cavabında deyib. 



"Mən həm professor Əli Əlirzayev, həm də Musa Musayevi çoxdan tanıyıram. Onlar ilk gündən YAP sıralarındadırlar. Partiyanın fəlaiyyətində xidmətləri olub və YAP üzvləri onlara böyük hörmətlə yanaşırlar. Amma onların fikirləri ilə razılaşmıram. YAP daima inkişaf edən, günün tələblərinə uyğun olaraq siyasətini yeniliyən, gəncləri sıralarına cəlb edən möhtəşəm bir siyasi təşkilatdır. Artıq 28 ildir ki, partiya yaranıb. Şübhəsi ki, yeni nəsillər gələcək, yeni similar ortaya çıxacaq. Həm partiyanın ilk qurucularına böyük hörmət var və bundan sonra da olacaq”, - mdeputat bildirib.

Aydın Mirzəzadə qeyd edib ki, yeni nəsilin partiyada yer tutması tamamilə təbii haldır:

"YAP İdarə Hetəyində, həm Siyası Şurasında, həm də rəhbərliyində ilk gündən partiyada yer alanlar təmsil olunur. Partiya sədrin müavini Əli Əhmədov, Siyavuş Novruzov, Bahar Muradova, Mixail Zabelin və b. Eyni zamanda da partiya aparatında da ilk gündən sıralarda olanlar və eyni zamanda sonradan gələnlər də var. YAP daima yenilənən, demokratiyanın, dövrün problemlərinin həllini özü  üçün priatet edən bir təşkilatdır. Yenilənmə isə dövrün yenilənməsini özünüdə əks etdirir. Bu baxımdan adı gedən şəxslərin fəaliyyətinə, özlərinə hörmət etməklə yanaşı, hesab edirəm ki, YAP bu gün üzərinə düşən missiyanı şərəflə yerinə yetirir”.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasında narazılıq yaranıb. Buna səbəb partiyada aparılan islahatlardır. Partiyanın ilk gündən sıralarında olan professor Əli Əlirzayev artıq narazılıqlarını dilə gətirib: "İndi qorxmadan deyirəm ki, partiya zəbt olunub. Partiyanın bütün strukurlarındakı insanlar o vaxt YAP-ın ideologiyasının hazırlanmasında iştirak edən adamlar deyillər”. Musa Musayev də çıxışında hazırda YAP-ı təşkilata kənardan gələnlərin idarə etdiyini bildirib. 

Bahar Rüstəmli