Video 12:40 27.11.2020

Yeni erməni nazirin təyinatından öncəki müsahibəsi gündəm oldu (VİDEO)

Ermənistanın yeni iqtisadiyyat naziri Vahan Kerobyan təyinatından öncə verdiyi müsahibə ilə gündəm olub.

Qaynarinfo Qafqazinfo-ya istinadən xəbər verir ki, İkinci Qarabağ Müharibəsi zamanı münaqişə zonasına yollanan Kerobyan "Əl-Cəzirə” telekanalına verdiyi müsahibədə Ermənistan ordusunun zəif olduğunu etiraf edib.

"Bizə vəziyyətlə bağlı çoxlu nağıl danışılıb. Biz fikirləşirdik ki, ordumuz çox güclü və çox böyükdür, ona görə hər şeyi edə bilərik. Ancaq reallığa gəldikdə isə, cəmiyyətdə heç kimin real vəziyyətdən xəbəri yox idi. İndi isə layiq olduğumuz nəticəni əldə etmişik”,- deyə Kerobyan müsahibəsində bildirib.