Foto 20:12 29.10.2019

Yeni gətirilən avtobuslar xəttə buraxıldı (FOTOLAR)

Paytaxtın ictimai nəqliyyat sisteminin modernləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Bakı Nəqliyyat Agentliyindən Qaynarinfo-ya verilən məlumata görə, oktyabrın 29-dan 38 nömrəli müntəzəm marşrut üzrə də istismarda olan avtobusların bir qismi yenilənəcək. Xətt üzrə sərnişindaşıma fəaliyyəti göstərən "General Avto Kompani” firması tərəfindən 10 ədəd yeni "İsuzu Citibus” markalı avtobus gətirilib.

"Avro 5" standartlarına cavab verən bu avtobuslar, sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verir. Yeni avtobuslardan əlilliyi olan şəxslər, eləcə də uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcək. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb.