Ölkə 09:42 20.11.2017

Yeni ildə neçə gün iş olmayacaq?

Yeni ildə Azərbaycanda 5 gün qeyri-iş günü olacaq.

"Qaynarinfo" xəbər verir ki, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü, yanvarın 1-2-si Yeni il qeyd ediləcək.

Dekabrın 31-i bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən yanvarın 3-də də iş olmayacaq. Dekabrın 30-u isə şənbə gününə təsadüf edir. Beləliklə, dekabrın 30-dan yanvarın 3-dək - 5 gün qeyri-iş günü olacaq. 

Yanvarın 4-ü 2018-ci ilin ilk iş günüdür.

Qaynarinfo.Az