Maqazin 22:00 12.12.2018

Yeni ildən gözləntilər: Gözlənilməz vəzifə yüksəlişi, xəyanət...

Şərq təqviminə əsasən 2019-cu ilin fevral ayının 5-dən 2020-ci ilin 24 yanvar tarixində kimi sarı donuz ilidir. Daha sonra sarı donuz yerini ağ siçovula verəcək.

2019-cu il necə olacaq? Hansı xüsusiyyət və əlamətləri ilə insanların yaddaşında qalacaq? 

İlk növbədə deyə bilərik ki, donuz ili rəngli və yaddaqalan olacaq. 2019-cü il yaratmaq, özünü məmnun etmək istəyənlər üçün düşərli hesab edilir. Bir çoxları nəhayət, əllərində olana dəyər verməyi bacaracaqlar, sabah üçün deyil, bu gün üçün yaşayacaqlar. 

Astroloji proqnozlar göstərir ki, il maksimal dərəcədə sakitliyi ilə xatirələrdə qalacaq. Yəni, günlərimiz ilin adını daşıyan donuz kimi xeyirxah və konfliktsiz keçəcək. Ancaq 2019-cu ilin də bir sıra qaydaları, tələbləri olacaq ki, onları hökmən yerinə yetirmək lazım gələcək. 

İl istənilən tikinti, inşaat sahəsi ilə məşğul olanlar, daşınmaz əmlak əldə etmək istəyənlər və ailə quranlar üçün uğurlu olacaq. Təbii ki, çətinliklər də qaçılmazdır, Əgər siz nəyə iddialı olduğunuzu bilirsinizsə, bunu aradan qaldırmaq mümkün olacaq. 

Sarı donuz hər kəsə layiq olduğunu verməyə çalışacaq. Hər kəs öz ambissiyasını həyata keçirmək üçün şans əldə edəcək və peşəkar fəaliyyətində uğrura imza atacaq. İlin başlanğıcı bir çoxları üçün gözlənilməz olacaq, hər şey birdən dəyişəcək, bəzilərinin gözlənilmədən vəzifəsi yüksələ bilər. Donuz ilində şəxsi həyatlarda sabitlik hökm sürəcək. 

Proqnozlara əsasən, sarı donuz ili tək fiziki yaxınlıq deyil, həm də mənəvi yaxınlıq ili kimi yaddaşlarda qalacaq. Köhnə münasibətlərin bərpası, yeni münasibətlərin qurulması üçün əla şans yaranacaq. 

Bu ildə xəyanət məsələsində maksimum ehtiyatlı olmaq lazımdır. Çünki sarı donuz ilində hətta yüngülvari macəralar da xoş olmayan sonluqla nəticələnə bilər. Bundan əlavə, sağlamlığınıza ciddi fikir verməlisiniz, ilin başlanğıcında xroniki xəstəlikləriniz və ya köhnə travmalarınız şiddətlənə bilər. 

Sarı donuz şəxsiyyəti, şərəfi, dürüstlüyü, nizam-intizamı, məsuliyyəti xarakterizə edir. O, həmişə müsbət əhval ruhiyyədə olur, həyati vacib məsələlərdə ani dəyişikliklərdən qorxmur. 

Donuz xeyirxah və etibarlıdır. Onlar həmişə etibarı qorumağa çalışırlar və sülhə nail olmaq üçün həmişə güzəştə gedirlər, hətta özlərinə ziyan vursalar belə. Həmçinin kollektiv zəhməti sevirlər. Onlarla uğura çatmaq asandır. Ədalətə və həqiqətə görə ən yaxınlarını belə qurban verməyə hazırdırlar. Yalanı və ikiüzlülüyü bağışlamırlar. Qayğıkeşlik və məsuliyyət onların ifadə tərzləridir. Onların çatışmayan cəhətləri isə, bədxərclilikləri, həddindən artıq inadkar olmaları və eqoistlikləridir. Dəyişkən xarakterlərinə görə, onları sabit adlandırmaq olmaz. Bəzən elə dəyişərlər ki,siz gözlərinizə inanmarsınız. Bu baxımdan sarı donuzdan ehtiyatlı olmaq lazımdır. Tərifi və kiminsə onlara yaltaqlanmasını çox sevirlər. Bəzən öz maraqlarına görə çox şeyə göz yumurlar. 

Göründüyü kimi, sarı donuzun mehriban, sakit, sülhpərvər tərəfləri ilə yanaşı eqoizmi ilə də üz-üzə gələ bilərik. Bu baxımdan, 2019-cu ilə girməmişdən öncə sarı donuz ilinin xüsusiyyətləri tanışı olub, seçimlərinizi ona görə etməyiniz məsləhətdir. (azvision.az)