Texnologiya 21:52 17.08.2017

Yeni "Nokia"nın fərqlilikləri

Londonda “Nokia 8” smartfonunun təqdimatı olub.

Trend-in məlumatına görə, bu telefonlarda yeni özəlliklər yer alıb.

Belə ki, yeni "Nokia" smartfonlarında “Cüt görüntü” adlı kamera var. Bu özəlliklə eyni anda həm ön, həm də arxa kamera vasitəsilə foto və videogörüntü əldə etmək mümkündür.

Bu funksiya daha əvvəl digər telefonlarda yer alsa da, Nokia 8-də bu funksiyanın özəlliyi canlı yayım həyata keçirmək imkanıdır.

Yeni smartfonun Avropada satış qiyməti 705 dollara bərabər olacaq.

Qaynarinfo.Az