Ekonomiks 10:34 08.04.2020

Yeni razılaşma ümidi nefti bahalaşdırdı - OPEC+

OPEC + çərçivəsində yeni bir razılaşma ümidi ilə dünya neft qiymətləri yüksəlməyə başlayıb. 

Qaynarinfo xəbər verir ki, xüsusilə, 8 aprel səhəri, Brent markası 2,51% bahalaşaraq 32,67 dollar/barelə çatıb. WTI markalı neftin qiyməti 5,67% artaraq 24,99 dollar/barel olub.

Xatıladaq ki, OPEC+ çərçivəsində danışıqların aprelin 9-da keçirilməsi planlaşdırılır. Yığıncaq iştirakçıları neftin qiymətlərini tarazlaşdırmaq üçün yeni bir razılaşma əldə olunacağına ümid edirlər.