Yeni rəsm əsəri: Dədə Qorqud və Napoleon bir arada (FOTO)

Yeni rəsm əsəri: Dədə Qorqud və Napoleon bir arada (FOTO)

Tanınmış rəssam Cəmaləddin Dərbəndli (İsmayılov) "Renesans" adlı yeni rəsm əsəri yaradıb.

Qaynarinfo xəbər verir ki, əsərdə məşhur rəsmlər, heykəllər, kitablar və s. var.

Cəmaləddin İsmayılov əsərində Dədə Qorqud, Jan Pol Marat, Napoleon Bonaparta həsr olunmuş rəsmləri, "Mona Liza"nı (Cokonda) və digər mədəniyyət nümunələrini təsvir edib. Həmçinin, əsərdə təkallahlı dinləri (islam, iudaizm və xristianlıq) özündə əks etdirən hissə var.

Qeyd edək ki, C.İsmayılov Təhsil Nazirliyinin baş rəssamı olub. Onun bir neçə əsəri xarici ölkələrdə - Türkiyədə, Rusiyada, İngiltərədə, Fransada və Almaniyada şəxsi kolleksiyalardadır. Bəxtiyar Vahabzadəyə həsr etdiyi portreti AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində sərgilənir.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR